Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı

Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı

Cüdo

Bugün, 12:19

Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün daha dörd cüdoçumuz iki çəki dərəcəsində tatami üzərinə çıxıb.  Cüdoçularımızdan Ruslan Paşayev (-66 kq) 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırıb.

Xanım cüdoçumuz Gültac Məmmədəliyeva da dünya çempionatına qələbə ilə başlayıb. -52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primoya qalib gəlib. 

Digər iki cüdoçumuz Nizami İmranov və Turan Bayramov (hər ikisi -66 kq) isə dünya çempionatında mübarizəni dayandırıb.

Nizami İmranov 1/16 finalda rusiyalı Ramazan Abdullayevə, Turan Bayramov isə 1/32 finalda Finlandiyadan olan Lukas Sahaya məğlub olub.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (-60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, -60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Dünya çempionatına oktyabrın 11-də yekun vurulub. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR