Dakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı

Dakar-2026: Cüdoçumuz finala vəsiqə qazandı

Cüdo

Bugün, 15:07

Azərbaycan cüdoçusu İbrahim Talıbov Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ardıcıl ikinci qələbəsini qazanaraq final mərhələsinə vəsiqə əldə edib.
Olimpnews.az xəbər verir ki, -55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarımfinalda Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı da mübarizədən kənarlaşdırıb. 
Final mərhələsi Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 
Qeyd edək ki, yarışa 1/4 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı məğlub edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR