Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı

Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı

Cüdo

Bugün, 18:45

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən böyüklər arasında dünya çempionatında bürünc medal qazanıb. 

Olimpnews.az xəbər verir ki, -81 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz üçüncü yer uğrunda həlledici görüşdə qazaxıstanlı Abilayxan Zubanazara qalib gəlib. Bununla da cüdoçumuz Bakıdakı dünya çempionatında ölkəmizə üçüncü medalı qazandırıb. 

Daha əvvəl isə Əhməd Yusifov (-60 kq) qızıl, Rəşid Məmmədəliyev (-73 kq) isə bürünc medala sahib çıxmışdı. 

Qeyd edək ki, Ömər Rəcəbli bu qələbə ilə 25 il sonra atası Elxan Rəcəblinin dünya çempionatındakı uğurunu təkrarlayıb. Belə ki, Elxan Rəcəbli də 2001-ci ildə Münhendə keçirilən dünya çempionatında məhz -81 kq çəki dərəcəsində bürünc medal qazanmışdı

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR