Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək 

 Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək 

Cüdo

28.10.2026, 17:14

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Olimpnews.az ACF-ə istinadən xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək. İmtahan Xankəndi şəhəri, Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə baş tutacaq.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR