Süleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub

Süleyman İsmayılzadə Dakar-2026-da çıxışını 8-ci yerdə başa vurub  

Olimpiya oyunları

Bugün, 21:03

Azərbaycan millisinin üzvü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxışını yekunlaşdırıb. 

Olimpnews.az xəbər verir ki, idmançımız 200 metr məsafəyə sərbəst üsulla üzmə yarışının final mərhələsində mübarizə aparıb. Təmsilçimiz finişə 01:53.72 saniyəyə çataraq səkkizinci yeri tutub.

Bununla da Dakar-2026-nın üzgüçülük yarışlarına yekun vurulub. Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində bir qızıl medal var. Yeganə medalı komandamıza cüdoçu İbrahim Talıbov (-55 kq) qazandırıb. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR