Gürcüstan olimpiadada iştirak edəcək

Gürcüstan olimpiadada iştirak edəcək

   Gürcüstan Olimpiya Komitəsinin (GOK) fövqəladə sessiyası öz idmançılarının 2014-cü ildə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirakı ilə bağlı müsbət qərar çıxarıb.
Xatırladaq ki, bundan əvvəl GOK-un prezidenti Leri Xabelov demişdi: "Gürcüstan idmançılarının olimpiadada iştirak edib-etməyəcəyi ilə bağlı qərar mayın 5-dək verilməlidir. Lakin biz çalışacağıq ki, mayın 2-də keçiriləcək Gürcüstan Olimpiya Komitəsinin növbədənkənar sessiyasında bu məsələni səsvermə yolu ilə həll edək”.
Qeyd edək ki, Gürcüstan Olimpiya yığması Soçi-2014 Olimpiadasında 59 nəfərlə təmsil olunacaq.