FUTBOL
Beşiktaş-ın imtina etdiyi Valker-Peters azad agent kimi “Vest Hem”ə keçir
İngiltərənin tanınmış sağ cinah müdafiəçisi Kyle Valker-Peters karyerasını “Vest Hem Yunayted” klubunda davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, 28 yaşlı futbolçu ilə bağlı qərar “Beşiktaş” klubunun son anda transferdən imtina etməsi ilə nəticələnib. Beləliklə, Valker-Peters azad agent statusunda London təmsilçisinə qoşulmağa hazırlaşır.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, “Beşiktaş” rəhbərliyi futbolçunun transferi ilə bağlı ilkin razılığa gəlsə də, son mərhələdə futbolçunun dediyi vaxtda İstanbula gəlməməsi və klubdan əlavə vaxt tələb etməsi “qara qartallar”I özündən çıxarıb. Bu isə Valker-Peters üçün Premyer Liqada qalmaq imkanını bir qədər də artırıb.
Paylaş :