Futbol ictimaiyyətində müzakirələrə səbəb olan “Ballon d’Or” mükafatı ilə bağlı daha bir maraqlı nəticə ortaya çıxıb.
Olimpnews.az xəbər verir ki, "Barselona" klubunun gənc ulduzu Lamin Yamalın bu nüfuzlu mükafata layiq olub-olmaması ilə bağlı keçirilən geniş ictimai sorğunun nəticələri açıqlanıb.
Sorğuda iştirak edənlərin 82,33 faizi 17 yaşlı hücumçunun ilin ən yaxşı futbolçusu adına layiq olduğunu bildirib. Respondentlərin əksəriyyəti Yamala olan bu etimadı onun yaşına baxmayaraq göstərdiyi yüksək oyun səviyyəsi, liderlik keyfiyyətləri və böyük turnirlərdəki həlledici çıxışları ilə əsaslandırıb.
İspaniya millisində və “Barselona” klubunda mövsüm ərzində parlaq performans sərgiləyən Lamin Yamal Avropa çempionatında da diqqətləri üzərinə cəmləmişdi.