FUTBOL
"Əl-Nəsr" Sulerkubokun finalında
"Əl-Nəsr" klubu futbol üzrə Səudiyyə Ərəbistanı Superkubokunun final mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, Xorxe Xesusun komandası yarımfinalda "Əl-Hilal"ı 2:1 hesabı ilə məğlub edib. Oyunda hesab 10-cu dəqiqədə açılıb. "Əl-Nəsr"in hücmçusu Sadio Mane fərqlənib. Lakin "Əl-Hilal" buraxılan qoldan altı dəqiqə sonra hesabdaki tarazlığı bərpa edib. Steven Bergvyin bərabərlik qolunun müəllifi olub. Matçın 26-cı dəqiqəsində Sadio Mane yenidən diqqət mərkəzinə düşüb. Amma o, bu dəfə komandası üçün anti-qəhramana çevrilib. Birbaşa qırmızı vərəqə ilə meydandan qovulan Mane komandasını azlıqda qoyub. Lakin "Əl-Nəsr" mübarizə əzmini itirməyib. Komandanın yeni transferi Joao Feliks Kriştianu Ronaldonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Bu matçda vurulan son qol olub və "Əl-Nəsr" minimal hesablı qələbə ilə finalda vəsiqə qazanıb.
Paylaş :