FUTBOL
Dava salan futbolçular transfer bazarına çıxarılır
Fransanın "Marsel" klubunun rəhbərliyi Liqa1-ın ilk turunda "Renn"lə oyundan sonra soyunub-geyinmə otağında dava salan Adrien Rabio və Conatan Roveni transfer bazarına çıxarıb.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi yay transfer pəncərəsinin sonuna kimi hər iki futbolçu üçün gələn təkliflər dəyərləndiriləcək. Klub sosial media hesabından bildirib ki, bu hadisələr qəbuledilməzdir. Əlavə olunub ki, baş verənlər komandanın daxili intizam-intizam qaydalarına ziddir.
Paylaş :