Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirib
BOK
22.04.2020, 20:10
Gənclər və İdman naziri Azad Rəhimov bu gün rayon gənclər və idman idarələrinin rəhbərləri ilə keçirilən online müşavirədə vətəndaşlarla mütəmadi olaraq keçirilən qəbulların koronavirus (Covid 19) infeksiyası ilə bağlı yığışdırıldığını və bunun əvəzinə onların idarələrin yardımı vasitəsi ilə online mümkünlüyünü vurğulayıb.
Forumda Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi də daxil olmaqla, ümumilidə 70-dən çox rayon və şəhər gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.
Nazir Azad Rəhimov ilk olaraq ölkə başçısı cənab İlham Əliyev tərəfindən koronavirus infeksiyasına qarşı qabaqlayıcı və düşünülmüş mübarizə tədbirlərinin atılmasından danışaraq, dövlətin vəziyyəti ilkin mərhələdən nəzarət altında saxladığını bildirib.
Görülən işlərlə bağlı danışan nazir region gəncləri tərəfindən ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətin fəal şəkildə təbliğ edilməsinin önəmini diqqətə çatdırıb, gənclərin bu dönəmdə daha aktiv, yaradıcı olmalarını, gələcəyə yönəlik, karantin dönəmi bitdikdən sonra belə onların həyat kredosuna çevriləcək şüarların hazırlanmasının vacibliyini vurğulayıb.
Çıxışının davamında nazir karantin müddətində qurumun istər gənclər, istərsə də idman sahələrini əhatə edən “Evdə qal, idmansız qalma!”, “İdeya var”, “Tələbə baharı”, “Evdə addımla” və digər, artıq neçə illərdir ki, uğurla davam edən “Virtual Qarabağ”, bununla yanaşı, yeni, “Mənim qəhrəmanım” layihələri barədə söz açıb, region gənclərinin də onlara cəlb olunmasının əhəmiyyətini qeyd edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, bununla yanaşı, Zərdab, Oğuz, Masallı, Sabirabad, Siyəsəz və Bərdə rayonlarının idarə rəisləri görülən işlərlə bağlı çıxışlar ediblər.
Keçirilən müşavirənin əsas məqsədi koronavirus infeksiyası ilə əlaqdar ölkəmizdə elan olunmuş karantin müddətində rayon gənclər və idman idarələrinin fəaliyyəti, rayon gənclərinin nazirliyin həyata keçirdiyi layihələrə qoşulmaları istiqamətində görülən işlərlər, onların fəaliyyəti ilə daha yaxından tanış olmaq, arzu və istəklərini dinləmək olub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
Bugün, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
Bugün, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
Bugün, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
Bugün, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
Bugün, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
Bugün, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
Bugün, 10:03 Gimnastika
-
Cüdoçularımız Asiya Açıq Turnirini 14 medalla başa vurublar
Bugün, 09:38 Cüdo
-
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
18.10.2026, 09:05 Gündəm
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
18.10.2026, 01:20 Gündəm
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
17.10.2026, 18:14 Cüdo
-
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
17.10.2026, 00:55 Gündəm
-
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd edilib
17.10.2026, 00:47 Olimpiya dünyası
-
Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16.10.2026, 13:06 Gündəm
-
Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi
16.10.2026, 12:07 Gündəm
-
Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
16.10.2026, 10:43 Gündəm
-
Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti ilə görüş olub
16.10.2026, 09:38 Olimpiya dünyası
-
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
09.10.2026, 16:11 Atletika
-
Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
09.10.2026, 15:10 Su idman növləri
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
09.10.2026, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
09.10.2026, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
09.10.2026, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
09.10.2026, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
09.10.2026, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
09.10.2026, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
09.10.2026, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası