Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı

Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı

Cüdo

09.10.2026, 13:30

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (-100 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

Olimpnews.az xəbər verir ki,  cüdoçumuz 1/8 finalda rusiyalı Arman Adamyana məğlub olub. 

Qeyd edək ki, Z.Kotsoyev daha əvvəl  türkmənistanlı Baymırat Majanov və  slovakiyalı Benyamin Mataseyə qalib gəlmişdi. 

Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. 

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR