Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub

Olimpiya dünyası

Bugün, 10:31

Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Olimpnews.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib.

Nazir Fərid Qayıbov çıxışında idmançılarımızın beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, idmançıları və onların məşqçilərini təbrik edib. Bildirib ki, sentyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himni 16 ölkədə səsləndirilib. İdmançılarımız ümumilikdə 72 qızıl, 48 gümüş və 71 bürünc medal qazanıblar.

Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

Görüş zamanı bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.

Nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR