İkinci Qarabağ savaşında yaralanan idmançı-hərbçilərimizin qürurverici xatirələri
BOK
23.11.2020, 16:16
Heç kəsə sirr deyil ki, Vətən müharibəsi adlandırdığımız bu savaşda əldə olunan qələbələrdə idmançılarımızın da payı az olmadı. Hər zaman beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldıran çempionlarımız bu dəfə işğal altında olan əzəli torpağımız Qarabağda bayrağımızın dalğalandırılmasında yaxından iştirak etdilər. Onlar idman arenalarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək adlarını qızıl hərflərlə zəfər salnaməsinə əbədi olaraq yazdılar. «Olimpiya dünyası» qəzeti budəfəki sayında Vətən müharibəsində iştirak edən və bu döyüşlərdə yaralanan qəhrəman idmançılarımızın bir neçəsi haqqında məlumatları bir araya toplayıb. Elə bu məqsədlə mülki həyatda idmanla məşğul olmuş hərbçilərimizlə əlaqə saxlayaraq, onların döyüş təəssüratlarını oxucularımıza təqdim edirik.
- İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən döyüşlərdə qəhrəmancasına iştirak edən hərbçilərimizdən biri taekvondo üzrə yığma komandamızın keçmiş üzvü, bir sıra ölkədaxili və beynəlxalq turnirlərin qalibi adını qazanan Elxan İsayevdir. Zədə səbəbindən karyerasını erkən başa vuran qəhrəmanımız öz bacarığını döyüş meydanında nümayiş etdirib. Elxan İsayevin dediklərindən bunu aydın hiss etmək olur:
"1993-cü il iyulun 16-da Bakı şəhərində anadan olmuşam. 2002-ci ildən mərhum mütəxəssis Əvəz Tağıyevin rəhbərliyi altında taekvondo ilə məşğul olmağa başlamışam. İdmanla məşğul olduğum dövrlərdə gənclər arasında respublika çempionatının qalibi və bürünc mükafatçısı, həmçinin böyüklər arasında respublika üçüncüsü olmuşam. Bundan əlavə bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısıyam. 2014-cü ildə zədəmlə bağlı əməliyyat olundum. Bununla da idmanı erkən tərk etmək məcburiyyəti ilə üz-üzə qaldım. Bir ildən sonra həqiqi müddətli hərbi xidmətə yollandım. 2018-ci ildə ali təhsilli olduğum üçün kurslar keçərək, leytenant hərbi rütbəsini aldım. Həmin ildən xidmətimi leytenant kimi davam etdirirəm. Vətən müharibəsinin başladığı ilk gündən döyüşlərdə iştirak etməyə başladım. Torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında müxtəlif istiqamətlərdə döyüşərək, düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv etmişik. Əvvəlcə Füzuli, daha sonra isə Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak etmişəm. Xocavənd istiqamətində gedən ağır döyüşlərdə isə yaralanmışam. Döyüş zamanı yaxınlığımıza düşən mərminin təsirindən ağır dərəcədə kontuziya aldım. Əvvəl demək olar ki, eşitmə qabiliyyətimi tamamilə itirmişdim. Davam edən müalicə prosedurundan sonra qulağımın birində eşitmə bərpa olunub. Bundan əlavə başımda kəskin ağrıları hələ də hiss edirəm. Amma bütün bunlara baxmayaraq həkimlərimizə inanıram. İnşallah tezliklə öz sağlamlığımı bərpa edib, yenidən Vətənə xidmət etməyə qayıdacağam. Döyüşlərdən danışarkən deyim ki, yeganə təəssüf hissi keçirdiyim məqam, Şuşaya gedib, çata bilməməyim oldu. Çünki Şuşa bizim zəfər döyüşümüz idi. Amma o döyüşdə hərbçilərimizlə birgə iştirak etmək mənə qismət olmadı. Ali Baş Komandanımız Şuşanın azad olunması xəbərini elan edəndə televizorun qarşısında sevincimdən ağladım. Amma bu göz yaşları xəstəxana palatasında deyil, Şuşada olmalı idi. Bu gün Azərbaycan Takevondo Federasiyasının nümayəndələri, xüsusilə də federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev mənimlə daim əlaqə saxlayır, diqqət və qayğısını göstərir. Səhhətimlə maraqlanan hər kəsə buradan təşəkkürümü bildirirəm. Bu tək hərbçilərin deyil, bütövlükdə Azərbaycan xalqının qələbəsidir”.
Qızğın döyüşlərin getdiyi bir vaxtda müharibəyə könüllü yollanan idmançılar arasında güləşçilər də var idi. Onlardan biri də sərbəst güləş üzrə gənclər arasında Avropa çempionu və hərbçilər arasında dünya çempionu Qalib Əliyevdir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan pəhləvan qazimiz karyerasında danışaraq, döyüş meydanında yaşadıqları anları belə xatırlayır:

Müharibə başlayanda könüllü olaraq Tərtərə yollanmaq istəsəm də, orada olan dostum mənə Hərbi Komissarlığa müraciət etməyi məsləhət gördü. Elə həmin gün əlaqədar qurumdan mənə zəng gəldi. Sevinərək, birbaşa komisarlığa yollandım və sentyabrın 27-dən hərbi təlimlərdə iştirak etməyə başladım. Təlimlərdən sonra Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşuldum. Döyüşlər zamanı ilk əməliyyatlarımızdan birində düşmən snayperinin gülləsi ürək nahiyəmdə, bronjiletdə ilişib qalmışdı. Həmin gülləni döyüşlərdən xatirə olaraq saxlayıram. Son döyüşüm isə Xocavənd rayonunun girişində oldu. Açıq döyüşdə düşmən əsgərinin atdığı qumbara zamanı yaralandım. Bədənimi hiss etmirdim. Həmin gün, axşam döyüş ərazisindən təxliyə olundum. Əvvəlcə Füzuliyə, noyabrın 5-də isə Bakıya gətirildim. Gözümün və çənəmin altından qəlpə yarası almışdım. Həkimlər qəlpəni çıxardıqdan sonra onlara yenidən döyüşlərə getmək istədiyimi bildirdim. Baş həkimə bu barədə məlumat verdilər. Bir gün sonra isə qələbə xəbərini eşitdik. Xəstəxanada olduğumuz zaman Cənab Ali Baş Komandan İlham Əliyev və xanımı Birinci vitse-prezident Mehriban Əliyeva bizə baş çəkdi, qələbə münasibətilə bizi təbrik etdi. Həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbəri Namiq Əliyev hər zaman olduğu kimi, öz dəstəyini əsirgəmədi. Eləcə də Gənclər və İdman
Döyüş idman növlərində olduğu kimi, komanda idman növlərinin üzvləri də zəfər döyüşündə hərbçilərimizlə birgə çiyin-çiyinə vuruşaraq, bu tarixi hadisənin bir parçasına çevrildilər. Onlardan biri də həndbol üzrə yığmamızın üzvü Ramazan Muradovdur. 7 yaşından həndbolla məşğul olan idmançımız bu tarixi hadisənin iştirakçılarından olduğu üçün qürur hissi keçirdiyini deyir:
"Həndbol üzrə dəfələrlə Azərbaycan və Bakı çempionatlarının qalibi olmuşam. Bolqarıstanda 23 yaşınadək gənclər arasında dünya çempionatının B kateqoriyasında iştirak etmişik. Həmin çempionatda Ermənistan komandasına qalib gəlmişik. Ötən il iyul ayında isə Gürcüstanda dünya çempionatının iştirakçısı oldum. Həmin yarışda iki dəfə oyunun ən yaxşı oyunçusu seçilmişəm.
.jpg)
Vətən müharibəsinin qəhrəman idmançılarından biri olan Vidadi Xaliqov isə Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Hazırda ailəsi ilə birgə kirayə mənzildə yaşayan bu igidimiz yaralı olmasını öz ailəsinə bidirməyib. Evin tək oğlu olan qəhrəman müsahibimiz xəstəxana palatasında hər dəfə ailəsi ilə telefonla danışan zaman anasının narahat olmaması üçün yaralı olduğu halda, ağrısına güc gəlib, hər şeyin qaydasında olduğunu deyib:

Cəbhədə yaralanan digər idmançı-hərbçimiz isə Xəyal İmanovdur. O, 6 yaşından Azərbaycanın Əməkdar məşqçisi Renat Əliyevin rəhbərliyi altında idmanın karate (WKF) növü ilə məşğul olub. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən Xəyal boğazından qəlpə yarası alıb. Fədakar həkimlərimizin köməkliyi sayəsində qəlpə yarası çıxarılıb və o, yenidən hərbi xidmətə yollanıb. İdmançının özü hərbi xidmətdə olduğu üçün onun ilk məşqçisi "Gosoku-Ryu” karate idman klubunun rəhbəri, Milli Karate Federasiyasının Hakimlər Kollegiyasının üzvü, beynəlxalq dərəcəli hakim Renat Əliyevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssis yetirməsi haqqında xoş sözlər dedi:

Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çempionlar Liqası: "Sabah" Bakıda "Barselona"ya məğlub oldu
25.11.2026, 23:36 Gündəm
-
İdman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
25.11.2026, 21:44 Olimpiya dünyası
-
ÖMÜR DƏ BİR DASTANDIR HƏR KƏS BACARA BİLDİYİNİ YAZIR
25.11.2026, 15:28 Olimpiya dünyası
-
Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək
25.11.2026, 11:24 Cüdo
-
Çempionlar Lİqası: "Sabah" Bakıda "Barselona"nı qəbul edəcək
25.11.2026, 10:02 Futbol
-
Boksçumuz Avropa çempionu oldu
24.11.2026, 18:52 Boks
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu olub
24.11.2026, 18:03 Boks
-
Azərbaycan Cüdo Federasiyası “Cüdo bizə yad deyil!” imic filmini təqdim edib
24.11.2026, 11:18 Cüdo
-
Fərid Qayıbov İstanbulda IV Avropa Oyunlarına hazırlıqların müzakirəsində iştirak edib
23.11.2026, 22:40 Olimpiya dünyası
-
Nicat Ərtürkün “Anasız dünyanı neynəyirəm mən” şeirində pedaqoji-psixoloji aspektlər
23.11.2026, 14:56 Gündəm
-
Qədim idman ənənələrinə malik Qazax 2026-cı ildə Azərbaycanın idman mərkəzinə çevrilib
23.11.2026, 11:22 Olimpiya dünyası
-
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
23.11.2026, 11:01 Boks
-
Azərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
21.11.2026, 20:28 Gündəm
-
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
21.11.2026, 20:20 Cüdo
-
Azərbaycanın güləş millisi Gürcüstanda çempion olub
20.11.2026, 14:46 Güləş
-
Parataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
20.11.2026, 13:08 Taekvondo
-
Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
20.11.2026, 12:38 Gündəm
-
Prezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
20.11.2026, 12:09 Olimpizm xəbərləri
-
U-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
20.11.2026, 11:20 Futbol
-
Bakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
19.11.2026, 22:52 Olimpiya dünyası
-
Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
19.11.2026, 18:30 Su idman növləri
-
Yenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
19.11.2026, 18:16 Futbol
-
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
17.11.2026, 09:33 Gündəm
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
17.11.2026, 08:20 Gündəm
-
Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
17.11.2026, 00:35 Gündəm
-
Elnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
15.11.2026, 04:45 Olimpiya oyunları
-
Adil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
15.11.2026, 04:39 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
15.11.2026, 04:31 Olimpiya oyunları
-
Anar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
15.11.2026, 04:25 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
15.11.2026, 03:40 Olimpiya oyunları
-
Tapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
14.11.2026, 15:06 Gündəm
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks