Ruslan Lunyov qızıl medal qazandı

Ruslan Lunyov qızıl medal qazandı

Azərbaycan atıcısı Ruslan Lunyov növbəti uğuruna imza atıb. Təmsilçimiz Polşanın Belostok şəhərində təşkil olunan “Polish Open Kaliber” turnirində fərqlənib. Güllə atıcımız 10 metr məsafədən atəş açmaqda uğura imza atıb. 241,7 nəticə göstərən Lunyov qızıl medala yiyələnib. Həm kişi, həm qadınların iştirak etdiyi yarışda digər təmsilçimiz Nigar Nəsirova 196,6 xalla 4-cü olub.