Dünya çempionatında daha bir əvəzetmə

Dünya çempionatında daha bir əvəzetmə

ABŞ millisi həndbol üzrə dünya çempionatında iştirak etməyəcək. Buna səbəb isə idmançılarda götürülən bir neçə koronavirus testinin müsbət çıxmasıdır. Bu barədə Beynəlxalq Həndbol Federasiyası məlumat verib.
ABŞ millisini Avropa çempionatında 16-cı yerdə qərarlaşan İsveçrə yığması əzəv edəcək. İlkin mərhələdə isveçlilər E qrupunda Avstriya, Norveç və Fransa komandaları ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, bir müddət əvvəl Çexiya millsinin də idmançılarının bir neçəsinin koronavirus infeksiyasına yoluxması səbəbi ilə dünya çempionatında iştirak etməyəcəyi məlum olub. Çexiya yığmasını turnirdə şimali Makedoniya komandası əvəz edəcəyi bildirilib.
Xatırladaq ki, həndbol üzrə dünya çempionatı 13-31 yanvar tarixlərində Misirdə təşkil olunacaq.