Tokio-2020-nin tamaşaçısız keçirilməsi variantı müzakirə olunur

Tokio-2020-nin tamaşaçısız keçirilməsi variantı müzakirə olunur

Tokio-2020-nin Təşkilat Komitəsi koronavirus səbəbindən Yaponiya paytaxtında Yay Olimpiya Oyunlarının tamaşaçısız keçirilməsi variantını araşdırır. Bu barədə mətbuat konfransında Təşkilat Komitəsinin rəhbəri Yoşiro Mori məlumat verib. O, qeyd edib ki, Oyunların tamaşaçısız keçirilməsini istəməsələr də, bu variant barədə düşünməlidirlər.

Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.