MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub  

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub  

MOK

Bugün, 19:25

Sentyabrın 12-də Səudiyyə Ərəbistanı Krallığının Taif şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 15-ci Baş Assambleyası keçirilib.

Olimpnews.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, assambleya çərçivəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsindəki fədakar xidmətləri, dəyərli töhfələri, eləcə də rəhbərliyi və sadiqliyi ilə Assosiasiyanın işinin irəliləməsinə, bütün İslam aləmində həmrəyliyin, əməkdaşlığın və idmanın inkişafının təşviq edilməsinə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə ilə təltif olunub. 

MOK-un vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) vitse-prezidenti Çingiz Hüseynzadə 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin üzvü olmuşdur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR