Zəka sahiblərimiz dünya çempionatında mübarizə aparacaqlar

Zəka sahiblərimiz dünya çempionatında mübarizə aparacaqlar

Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatı start götürəcək. Turnirdə iştirak edəcək Azərbaycan komandasının heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyeva yer alıblar.
Dünya çempionatında komandamızdan başqa Fransa, Hindistan, Rusiya, Gürcüstan, Qazaxıstan, İspaniya, ABŞ, Almaniya, Polşa, Ukrayna və Ermənistan komandaları da iştirak edəcəklər.
Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.