Avropa kubokunda ölkəmizi 11 cüdoçu təmsil edəcək

Avropa kubokunda ölkəmizi 11 cüdoçu təmsil edəcək

Oktyabrın 16-da Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə Avropa kuboku keçiriləcək. 26 ölkədən 300-ə yaxın cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan  idmançıları da qüvvələrini sınayacaqlar. İki gün davam edəcək yarışda ölkəmizi 11 idmançı təmsil edəcək. Turnirdə kişilər arasında Rəşad Baxşəliyev, Sənan Əhmədov (60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev (66 kq), Zaməddin Poladov, Rüfət Şovlatov (73 kq), Ömər Rəcəbli, Kərim Məmmədov, Məhərrəm İmamverdiyev (81 kq), Rüfət İsmayılov (90 kq) və Ruslan Nəsirli (100 kq) mübarizə aparacaqlar.