Pekin-2022-nin məşəli Çinə təhvil verilib
BOK
19.10.2021, 16:48
Yunanıstan Olimpiya məşəlini 2022-ci il Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçılarına təhvil verib. Mərasim Afinada - 1896-cı ildə ilk müasir Olimpiya Oyunlarına ev sahibliyi edən “Panatinaikos” stadionunda Yunanıstan Prezidenti Katerina Sakellaropoulounun iştirakı ilə baş tutub. Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi şəraitində mərasimə tamaşaçı buraxılmayıb. Təkcə Çin nümayəndə heyətinin üzvləri, rəsmilər və jurnalistlərin iştirakına icazə verilib. Olimpiya məşəli ötən gün Olimpiya Oyunlarının keçirildiyi qədim Olimpiyada yandırılıb. Məşəl həmin gecə Afina Akropoluna, oradan isə səhər stadiona aparılıb. Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos bu alovdan xüsusi lampanı yandıraraq Pekin Olimpiadasının təşkilat komitəsinin vitse-prezidenti Yu Zaqinə təhvil verib. Lampa Olimpiya alovunun Pekinə çarter reysi ilə çatdırılması üçün Afina beynəlxalq hava limanına aparılıb. Xatırladaq ki, XXIV Qış Olimpiya Oyunları fevralın 4-20-də, Paralimpiya Oyunları isə martın 4-13-də Pekində keçiriləcək. Çinin paytaxtı Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün 2015-ci il iyulun 31-də Beynəlxalq Olimpiya Komitəsinin Kuala-Lumpurda keçirilən sessiyası çərçivəsində təşkil olunan səsvermədə qalib gəlib. Pekin həm Yaz, həm də Qış Olimpiya oyunlarına ev sahibliyi edəcək ilk şəhər olacaq. XXIX Yay Olimpiya Oyunları 2008-ci ildə bu şəhərdə keçirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol