Pekin-2022: 50 yaşlı idmançıdan tarixi rekord

Pekin-2022: 50 yaşlı idmançıdan tarixi rekord

Pekin-2022 Qış Olimpiya Oyunlarında tarixi nəticə qeydə alınıb. Belə ki, Almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarının tarixinə düşüb. K.Pexştayn 2002-ci ildə 48 yaşında olimpiadada yarışan Vircin adaları təmsilçisi Anna Abernatinin rekordunu qırıb.

Konkisürən həmçinin 8-ci Qış olimpiadasına qatılmaqla yaponiyalı Noriaki Kasainin rekorduna çatıb.

Qeyd edək ki, Klaudiya Pexştayn 5 qat olimpiya çempionudur.