Stolüstü tennisçilər Avropa çempionatına hazırlığı davam etdirir

Stolüstü tennisçilər Avropa çempionatına hazırlığı davam etdirir

Yeniyetmə və gənc stolüstü tennisçilərdən ibarət Azərbaycan milli komandaları Avropa çempionatına hazırlığı davam etdirir.

Federasiyadan "OlimpNews"a verilən məlumata görə, yarışa hazırlıq məqsədi ilə növbəti təlim-məşq toplanışı Xaçmaz Olimpiya Kompleksində təşkil olunub.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə iyunun 16-dan 26-dək keçiriləcək hazırlıq prosesində Ləman Abdulhəmidova, Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Hacımurad Məmmədbəyov, Toğrul Məhəmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə iştirak edir.

Bu, Avropa çempionatına hazırlıq məqsədi ilə təşkil olunan 3-cü təlim-məşq toplanışıdır. Yeniyetmə və gənc stolüstü tennisçilər bundan əvvəl Qax Olimpiya İdman Kompleksi və Türkiyənin Yalova şəhərində hazırlıq keçiblər.

Qeyd edək ki, Avropa çempionatı 6 - 15 iyulda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.