Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
Müsahibə
07.09.2026, 15:28
Özbəkistanda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.
Olimpnews.az həmin müsahibəni təqdim edir.
- Nicat, ümumdünya Şahmat Olimpiadasına hazırlıq barədə fikirlərinizi öyrənmək istərdik.
- Hazırlıq yaxşıdır, hazırda son təlim məşq toplantısındayıq ki, yarışa tam hazırlıqlı gedək. Qeyd etmək istərdim ki, bu günlərdə qadın şahmatçılar Basqalda son təlim-məşq toplanışındadı.
- Lövhələr üzrə şahmatçıların bölgüsü nə vaxt müəyyənləşəcək?
- Lövhələrdə şahmatçıların bölgüsü kapitan və məşqçi heyətinə məlumdu. İctimaiyyət üçün yarış günü açıqlanacaq.
- Qadın şahmatçılardan ibarət Azərbaycan komandasının şansları barədə nə söyləmək olar?
- Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır. İştirakçılar arasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi. Ümid edirik ki, bəxt bizim tərəfimizdə olar.
- Komanda səfərə nə vaxt yollanacaq?
- Sentyabrın 15-də Səmərqənd şəhərində olacağıq. Bir gün sonra isə olimpiadada ilk turun partiyaları keçiriləcək.
- Siz eyni zamanda digər şahmatçıların hazırlığında iştirak edirsiniz. Gənc şahmatçıların gələcəyi barədə nə düşünürsünüz?
- Gənc şahmatçılarla da çalışıram. İyundan etibarən Xaqan Əhmədlə işləyirik. Sevindirici haldır ki, Türkiyə Superliqasında kifayət qədər yaxşı oynadı və beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normanı yerinə yetirdi. Əlbəttə çoxdan gözlənilən uğurdu. Fikrimcə, çoxdan bu normanı bitirməliydi. Qısa müddətdə titula sahib olacağına inanıram. Məşqçi kimi lazım olan köməkliyi göstəririk. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olur. Amma bu sahədə şahmatçıdan çox amil asılıdı. Xaqan Əhmədin gələcəkdə böyük şahmatçı olacağına, milli komandada çıxış edəcəyinə ümid bəsləyirəm.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Üç güləşçimiz dünyaçempionatında məğlub oldu
Bugün, 14:37 Olimpizm xəbərləri
-
ACF-də adaptiv cüdo üzrə təlimlər keçirilir
Bugün, 13:34 Olimpizm xəbərləri
-
Elnur Amanov: “Ümid edirəm ki, keçdiyimiz hazırlıq prosesi uğurlu çıxış etməyimizə kömək edəcək”
Bugün, 13:27 Taekvondo
-
Tunar Quliyev: “Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir”
Bugün, 12:35 Güləş
-
Azərbaycanın iki taekvondoçusu Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çıxış edəcək
Bugün, 12:23 Taekvondo
-
Oyan Nəzəriani: “Ümid edirik ki, uğurlarımızı Olimpiya Oyunlarında da təkrarlaya biləcəyik”
Bugün, 12:04 Güləş
-
İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
Bugün, 11:24 Cüdo
-
Braziliya ciu-citsusu üzrə açıq turnirdə “Judo Club 2012”nin uğuru
Bugün, 11:15 Əlbəyaxa döyüş növləri
-
Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
Bugün, 11:03 Cüdo
-
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinə yekun vurulacaq
Bugün, 10:42 Futbol
-
"Turan" CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxır
Bugün, 10:24 Voleybol
-
"Gəncə" Avropa Kubokunda növbəti oyununa çıxacaq
Bugün, 10:17 Voleybol
-
Əbu-Dabidə “Böyük Dəbilqə” turniri start götürür
Bugün, 10:00 Cüdo
-
Afrika qitəsində ilk Olimpiya həyəcanı: Dakar-2026
28.10.2026, 18:47 Olimpiya dünyası
-
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi keçiriləcək
28.10.2026, 17:28 Cüdo
-
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
28.10.2026, 17:14 Cüdo
-
Millimiz FIFA U-15 dünya çempionatında Çili yığmasna məğlub oldu
28.10.2026, 16:36 Futbol
-
Azərbaycan boksçularının Avropa çempionatlarında medal sayı 25-ə yüksəlib
28.10.2026, 15:24 Boks
-
Bu gün Ümumdünya Cüdo Günüdür
28.10.2026, 13:29 Cüdo
-
Azərbaycan komandası Dakar-2026-da 13 idmançı ilə mübarizə aparacaq
28.10.2026, 11:32 Olimpiya dünyası
-
U-15 dünya çempionatı çərçivəsində iştirakçılar üçün əyləncəli festival keçirilib
28.10.2026, 11:09 Futbol
-
“Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq”
28.10.2026, 11:02 Müsahibə
-
Bakıda Dünya Atletikasının dəstəyi ilə seminar keçirilir
28.10.2026, 10:53 Atletika
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
28.10.2026, 10:48 Güləş
-
“Judo Club 2012” Bakı birinciliyində komanda hesabında qalib oldu
28.10.2026, 10:27 Cüdo
-
Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib
28.10.2026, 00:34 Gimnastika
-
Bakı birinciliyinin qalibləri müəyyənləşib
27.10.2026, 20:18 Cüdo
-
Klassiklərimiz dünya çempionatını ikinci pillədə başa vurublar
27.10.2026, 19:42 Güləş
-
Azərbaycan və Hindistan gənclər və idman sahələrində əməkdaşlığı müzakirə ediblər
27.10.2026, 18:00 Olimpiya dünyası
-
Dakar-2026-da Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
27.10.2026, 14:41 Olimpiya dünyası
-
Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib
27.10.2026, 13:13 Güləş
-
Azərbaycan təmsilçisi avrokuboklarda ilk oyununa çıxır
27.10.2026, 11:28 Olimpizm xəbərləri
-
Cüdoçularımız Asiya Kubokunda iştirak edəcəklər
27.10.2026, 11:00 Cüdo
-
"Çempionlarla bir ay" layihəsi çərçivəsində gənc şahmatçılar üçün "ustad dərsləri" keçirilib
27.10.2026, 10:46 Şahmat