Qurban Qurbanov: “Bu gün qələbə qazandığımız üçün sevinirəm”
BOK
16.09.2022, 09:21
“Matçın məsuliyyətini dərk edirdik. İlk hissədə həyəcan hiss olundu. Allah şəhidlərimizə rəhmət etsin. Ağır gündür. Allah Ordumuzu qorusun. Ürəyimiz oradadır. Qalibiyyət haqqında çox şey demək istəmirəm. Sırf bu gün qələbə qazandığımız üçün sevinirəm. Xalqımız bunu bizdən gözləyirdi. Rəqibə uğurlar arzulayıram və futbolçularımı təbrik edirəm”. Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” komandasını Bakıda 3:0 hesabı ilə məğlub edən Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib. Baş məşqçi bildirib ki, futbol barədə düşünmək istəsək də, mümkün deyildi. İ”stər-istəməz cəbhədə baş verənlər müzakirə olunurdu. Rəqibin pressinq edəcəyini gözləyirdik. Belə oyunlar çox olub. Təcrübə futbolçulara kömək etdi. Əlavə nə isə etdiyimi desəm, doğru olmaz. Daim futbolçuların yanında olduğumu demişəm. Bu oyunlardan ləzzət aldığımızı deyə bilmərəm. Sadəcə, Allahdan bu görüşü üzüağ başa vurmağı istəyirdim. Çox şükür, hər şey bizim tərəfimizdə oldu. Belə günlərdə təcrübə çox vacibdir. Bu gün uduza da bilərdik. Bəlkə də, Bakıda oynamağımız bizim üçün yaxşı oldu. Bütün xalqımız bizimlə idi”, - deyə Qurban Qurbanov bildirib. Növbəti mərhələyə vəsiqə qazanmağı çox istədiklərini bildirən Q.Qurbanov deyib ki, amma rəqiblərimiz bəllidir. Hər biri çox ciddi və iddialıdır. Bizə daha ciddi yanaşırlar. Nə qədər şansımız varsa, ondan maksimum istifadə etməyə çalışacağıq. Futbolçularım çox istəklidirlər. Pley-offa çıxmaq istəyirik. “Ölkədəki bütün klubların azarkeşlərinə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Əvvəlki oyunlarda da bunu hiss etmişəm. Çox mehriban xalqıq. Dostluqda çox möhkəmik”, - deyə baş məşqçi əlavə edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol
-
“Qərbi Azərbaycanın idman tarixi” kitabının təqdimatı keçiriləcək
20.10.2026, 20:07 Olimpiya dünyası
-
Milli güləşçimizin irəvanlı pəhləvanı: Firudin Qurbanov - 80
20.10.2026, 15:46 Olimpiya dünyası
-
Azərbaycan Su İdmanı Federasiyasının təmsilçiləri beynəlxalq yarışda ikinci yer tutublar
19.10.2026, 17:11 Su idman növləri
-
Azərbaycanda sumonun inkişaf perspektivləri müzakirə edilib
19.10.2026, 15:54 Olimpiya dünyası
-
Ağırlıqqaldıranımız Avropa birinciliyində 3 medal qazanıb
19.10.2026, 15:47 Ağırlıqqaldırma
-
“Turan Tovuz”dan Premyer Liqada 50-ci məğlubiyyət
19.10.2026, 12:50 Futbol
-
“Judo Club 2012” ilk dəfə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək
19.10.2026, 12:41 Cüdo
-
Misli Premyer Liqasında tamaşaçı rekordu
19.10.2026, 11:18 Futbol
-
Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş turniri keçirilib
19.10.2026, 11:09 Güləş
-
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək
19.10.2026, 10:52 Basketbol
-
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
19.10.2026, 10:34 Olimpiya dünyası
-
Gimnastlarımız Dünya Kuboku seriyalarının qalibi olublar
19.10.2026, 10:03 Gimnastika