Yaxın şərqdən dünyaya səs salacaq mundial
Olimpizm xəbərləri
20.09.2022, 13:36
Qətərdə keçirilən futbol üzrə dünya çempionatına 61 gün qalır. Noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək dünya çempionatı mundial tarixində ən bahalı idman yarışlarından biri olacaq. "Olimpiya dünyası" qəzeti bu sayından etibarən dünya çempionatı ilə bağlı ən maraqlı xəbərləri və statistika ilə zəngin olan yazıları oxucularına təqdim edəcək.
Estafetdə Qətər əlçatmaz oldu
- 22-ci dünya çempionatı ilk dəfədir ki, yaxın şərqdə və ilk dəfədir ki, ənənəyə uyğun olaraq yayda deyil, payız-qış fəslində təşkil olunacaq. Bunun səbəbi isə ev sahibi olan Qətərdə yay ayında havanın temperaturun 55 dərəcəyə qədər yüksəlməsidir. Qətərin DÇ-2022-yə namizədliyi irəli sürüləndə bu məsələlər də diqqət mərkəzində idi. 2010-cü il dekabrın 2-də Sürixdə keçirilən səsvermədən sonra ərəb ölkəsi digər rəqiblərini qabaqladı. Qeyd edək ki, Qətərlə yanaşı Avstraliya, ABŞ, Cənubi Koreya və Yaponiya da mundialı öz ölkəsində keçirməyə iddialı idi. Lakin Qətər 4 turda (11, 10,11, 14) ən yaxın izləyicisi ABŞ-ı 6 səslə qabaqlayaraq, 22-ci dünya çempionatını keçirmək estafetində birinci oldu.

Ali futbol qurumunun qərarı birmənalı qarşılanmadı
- Qətərdəki dünya çempionatı sonuncu dəfədir ki, 32 komandanın iştirakı ilə keçirilir. Belə ki, 2026-cı ildən sonra iştirakçı komandaların sayı 48 olacaq. Ali futbol qurumu olan FİFA-nın əvvəldən də fikri var idi ki, dünya çempionatında iştirak edən komandaların sayında artım etsin. Lakin bu həmin quruma üzv olan ölkələr arasında birmənalı qarşılanmırdı. Əksər ölkələrin federasiya rəsmiləri və tanınmış futbolçular bildirirdilər ki, bu, dünya çempionatının formatına xələl gətirəcək. Bildirilirdi ki, yığma komandalar arasında rəqabət elə də güclü olmayacaq. Lakin FİFA bu yanaşmaları qəbul etmədi. Qərar verildi ki, Qətərdən sonra bu mötəbər futbol turnirinə ev sahibliyi edəcək ölkədə final mərhələsində 48 komanda yarışacaq. Görünür, futbolun daha böyük maliyyə mənbəyi olması və biznes imkanları FİFA-nı bu qərarı verməkdə maraqlı edib. Eyni zamanda heç vaxt DÇ-nin qrup mərhələsini görməyən milli komandaların da bu yarışda iştirak etmək şansı yaranacaq. Amma hələ çox qərarlar verilə bilər, çox qərarlar dəyişə bilər. Qarşıda çox vaxt var. Bizə gözləmək və hadisələri izləmək qalır.
Mövcud şərait və artan nüfuz
- Çempionatı 1,2 milyon azarkeş yaxından izləyəcək. Bu isə 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatındakı azarkeş sayından iki dəfə çoxdur.
Qətər dünyanın ən varlı ölkələrindən biri olmaqla yanaşı, ən çox turist qəbul edən bir dövlətdir. Ölkədə turizm üçün yaradılan mühüm infrastruktur imkan verir ki, ilin soyuq aylarında ölkəyə turist axını olsun. Futbol üzrə dünya çempionatının Qətərə həvalə olunması ilə bu imkanlar birə-beş artıb. DÇ-nin keçiriləcəyi günlərdə ölkənin əldə etdiyi qazanc çəkilən xərcləri xeyli "əridəcək". Düzdür, ərəblər üçün həmin xərclər elə də "kosmik" məbləğ sayılmır.
Bir daha qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatı ən bahalı yarışlardan biri sayılacaq. Bunun üçün yerli hökumət 200 milyard dollar xərcləyib. Bu rəqəmlər 4 il əvvəl Rusiyada keçirilən analoji turnirə xərclənən məbləğdən 18 dəfə çoxdur.

Ərəblər dünyanı heyrətləndirə biləcəklər?
DÇ-nin bu yaxın şərq ölkəsində keçirilməsi barədə qərar verildikdən sonra yerli hökumət Təşkilat Komitəsi yaradaraq, qısa müddət ərzində mundiala hazırlıq planı hazırladı. Düzdür, namizədlik qəbul olunmazdan əvvəl də Qətərdə futbol stadionları mövcud idi. Bu ölkə ayrı-ayrı futbol yarışlarına ev sahibliyi etmək imkanında idi. Lakin dünya çempionatı üçün ərəblər daha təkmil və geniş infrastruktur qurmalı oldular. Onlar dünyanın ən güclü mütəxəssislərini bu məsələnin həlli üçün ölkəyə dəvət etdilər. Arenaların inşasında Asiya və Afrikadan işçi qüvvəsi cəlb olundu. İsti və səhra şəraitində böyük itkilər hesabına müasir stadionların tikintisinə nail oldular. Bu işdə ən xırda məqamlar diqqət çəkməyə bilməz. Belə ki, dünya çempionatı zamanı stadionları işıqlandıracaq fənərlərin sayı təxminən 70 minə yaxındır. Bu isə Parisdə yerləşən məşhur Eyfel qülləsinin işıqlandırma sistemindən üç dəfə artıqdır.
Stadionların tikilişində 84 ton poladdan istifadə olunub. Belə ki, məşhur "Bürc Xəlifə" göydələninin tikilişində bundan iki dəfə az poladdan istifadə olunub.
Dünya çempionatı üçün inşa olunan stadionlar arasında bir arena xüsusi diqqət çəkir. "Rəs-Əbu-Əbut" stadionu dünyada ilk stadiondur ki, tikintisində 949 yük konteynerindən istifadə olunub. Bu isə qətərlilərə ekoloji cəhətdən digər stadionların tikintisindən daha sərfəli və ucuz başa gəlib. Dünya çempionatından sonra stadionun sökülməsi və həmin konteynerlərin Afrikanın yoxsul ölkələrinə verilməsi nəzərdə tutulub. Xatırladaq ki, çempionat ərzində keçiriləcək 65 matç üçün xüsusi olaraq stadionlar inşa olunub. Bu stadionların digərlərindən fərqi ondan ibarətdir ki, matç ərzində stadiona toplaşanlar qarşılaşmaları 20 dərəcə sərinlikdə seyr edə biləcəklər.

Təşkilatçılar nəqliyyat sistemini də yaddan çıxarmayıblar
Qeyd etdiyimiz kimi, səhrada xarüqələr yaradan ərəblər qısa zman ərzində ölkənin nəqliyyat işini yüksək formada qurmağa nail olublar. Lakin DÇ-nin Qətərdə keçirilməsi bu məsələyə yerli hökuməti daha məsuliyyətlə yanaşmağa vadar edib. Onlar mundialın yüksək səviyyədə keçirilməsində nəqliyyatın əsas şərt olduğunu xarici mütəxəssislərdən öyrəndikdən sonra bütün imkanlarını səfər ediblər. Məsələn, çempionat ərzində stadionları digər obyektlərilə birləşdirmək üçün 100 metro stansiyası istifadəyə verilib. Həmin stansiyaların ümumi uzunluğu isə 300 kilometrdir. Yarışları izləmək üçün azarkeşlərin bir stadiondan digər stadiona getmək üçün qət edəcəyi məsafənin uzunluğu 56 kilometrdir. Bundan başqa ölkənin ən böyük hava limanı olan "Hamad" gün ərzində 1300 aviareys qəbul edə biləcək.
Eyni zamanda Qətər hökuməti çempionatı izləmək üçün dünyanın 80 ölkəsindən olan azarkeşləri vizasız qəbul edəcək.
Dünya çempionatının açılışına hələki, kifayət qədər vaxt var. Bu müddət ərzində baş verəcək ən maraqlı hadisələr və görülən işlər barəsində növbəti saylarımızda da geniş məlumat verməyə çalışacağıq.
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma