Suşada beynəlxalq şahmat turnirinin təntənəli açılış mərasimi keçirilib
Olimpizm xəbərləri
21.09.2022, 18:44
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub.
Turnir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan şahmat turnirinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman ictimaiyyətinin nümayəndələri, turnirin iştirakçıları və media nümayəndələri iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şuşadan və turnirdən bəhs edən videoçarx nümayiş olunub.
Hamını Qarabağda salamlamaqdan şad olduğunu deyən MOK-un baş katibi Azər Əliyev deyib: “Qədim Şuşada 9 ölkədən şahmatçıları qəbul etmək bizim üçün çox xoşdur”.
Şuşanın 2020-ci ildə düşmən işğalından azad edildiyini xatırladan A.Əliyev bildirib: “Artıq Şuşa ikinci beynəlxalq idman yarışına ev sahibliyi edir. Cari ildə Şuşada “Əziz Şuşa” adlı velosiped yarışı keçirilmişdi. Ümid edirəm ki, “Shusha Chess” Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil ediləcək və hamı Şuşanın yenidən qurulmasının şahidi olacaq”.
AŞF-nin prezidenti M.Məmmədov dünyaca məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnunluğunu ifadə edib. 2022-ci ilin “Şuşa İli” elan olunduğunu xatırladan federasiya prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə 30 illik həsrətə son qoyduğu üçün minnətdarlığını bildirib. O, sonda iştirakçılara dəvəti qəbul etdikləri üçün təşəkkür edib və onlara uğurlar arzulayıb. M.Məmmədov turnirin yüksək səviyyədə təşkilinə görə sponsorlara və tərəfdaşlara minnətdarlığını ifadə edib.
SOCAR-ın vitse-prezidenti X.Məmmədov bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanmış beynəlxalq müqavilələr Azərbaycan idmanının inkişafına öz töhfəsini verib. Turnirin yüksək səviyyədə təşkil olduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti iştirakçılara uğurlar arzulayıb.
Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, uşaqlığı Şuşada keçib. “Bura əbədi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda sizi salamlamaq qürurvericidir. Şahmatçıların ən ağıllı insanlar olduğu deyilir. Onlar zəka sahibləri olmaqla yanaşı, həm də gözəl duyğuya malikdirlər. Bütün iştirakçılara uğurlar arzulayıram. Şuşa xalıqımızın ürəyidir, biz hamımız bu şəhərə heyranıq. İnanıram ki, qonaqlarımız Şuşanı sevəcək və yenidən burada olmaq istəyəcəklər”, - deyə Xalq yazıçısı qeyd edib.
Sonra Şuşa şahmat məktəbinin müəllimi Babaşah Gəncəliyev mükafatlandırılıb. Şahmatın inkişafındakı xidmətlərinə görə plaketi B.Gəncəliyevə AŞF-nin prezidenti M.Məmmədov verib.
Açılış mərasiminin maraqlı anlarından biri də Xurşidbanu Natəvanın xəyali obrazının təqdim edilməsi olub. Səhnəcikdə fransalı yazıçı Aleksandr Düma ilə şahmat oynayan görkəmli şairə rəqibini məğlub edib.
Daha sonra yarışın püşkatma mərasimi olub. Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Günay Məmməzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) Meri Arabidze (Gürcüstan) ilə qarşılaşacaq.
Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynov, Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədov, Vasif Durarbəyli Hao Vanq (Çin), Nustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Vidit (Hindistan) ilə üz-üzə gələcək.
Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. Doqquz ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
Bugün, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
Bugün, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
Bugün, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
Bugün, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
Bugün, 09:55 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol