"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib

\"Formula 1\" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib

Formula 1

Bugün, 10:45

"Formula 1" Azərbaycan Qran-prisinin 10-cu, yubiley yarışında autizmli gənclər üçün xüsusi Paddok turu təşkil olunub.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Sosial inklüzivlik təşəbbüsü çərçivəsində gənclər "Formula 1" yarış həftəsinin pərdəarxası ilə tanış olmaq və Paddokun atmosferini yaxından yaşamaq imkanı əldə ediblər.

Ziyarət zamanı gənclər "Formula 1" komandalarının fəaliyyət göstərdiyi ərazilərə baş çəkib, yarış həftəsinin hazırlıq prosesini izləyib və komandaların Qran-prinin əsas gününə hazırlıqlarını yerindəcə görüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR