Dünya çempionatının bürünc mükafatçısı “Judo Club 2012”ni təmsil edəcək
Olimpizm xəbərləri
19.10.2022, 11:58
Ölkəmizdə cüdonun inkişafına dəstək verən, yeniyetmə və gənclərin bu idman növünə yiyələnməsi üçün əlverişli şərait yaradan “Judo Club 2012” uğurlarını davamlı olaraq artırır. Peşəkar idmançıların sevimli məkanına çevrilən klubun sıralarına yığma komandanın daha bir istedadlı üzvü qoşulub. Belə ki, dünya və Avropa çempionatının üçqat bürünc mükafatçısı, beynəlxalq turnirlərin qalibi, milli komandamızın üzvü Zelim Kotsoyev bundan sonra karyerasını “Judo Club 2012”də davam etdirəcək.
Oktyabrın 18-də Zelim Kotsoyev ilə klub arasında müqavilənin imzalanması mərasimində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, klubun icraçı direktoru Mübariz Cəfərov, cüdo üzrə gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov və “Judo Club 2012”nin baş məşqçisi Zaur Paşayev iştirak ediblər.
İmzalanma mərasimində çıxış edən klubun direktoru Mübariz Cəfərov Zelim Kotsoyev kimi istedadlı cüdoçunun “Judo Club 2012” ailəsinin bir üzvü olmasından məmnun olduğunu bildirib. “Zelim bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatında bürünc medala sahib oldu. Onu bu uğur münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, bu gün imzalayacağımız müqavilə həm Zelim, həm də klubumuz üçün uğurlu olacaq. Məşqlərini yüksək səviyyədə keçməsi üçün klubda hər cür şərait mövcuddur. İnanıram ki, o, qarşıdakı yarışlarda da öz uğurları ilə hər birimizi sevindirəcək. Zelimin klubla müqavilə imzalamasıhəmçinin yeniyetmə cudoçularımız üçün də bir stimul olacaq”,- deyə Mübariz Cəfərov bildirib.
Daha sonra çıxış edən ACF prezidentinin müşaviri Natiq Bağırov, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, klubun təsisçisi Azər Əsgərov, cüdo üzrə gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov Zelim Kotsoyevi klubla müqaviləimzalaması münasibəti ilə təbrik edərək, ona gələcək karyerasında uğurlar arzulayıblar.
Çıxışlardan sonra “Judo Club 2012”nin icraçı direktoru Mübariz Cəfərovla birlikdə müqaviləyə qol çəkənZelim Kotsoyev klubun məşqçi heyətinə və idmançılara təqdim olunub.
İstedadlı idmançı yaradılan şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildirərək, ona bəslənən ümidləri doğrultmağa çalışacağını deyib: “Müasir standartlara cavab verən belə bir klubla müqavilə imzaladığıma görə çox şadam. Burada idmançının uğur qazanması üçün lazım olan hər bir şərait mövcuddur. Ümid edirəm ki, bu zalda məşq edərək nailiyyətlərimi daha da artıracağam”.
Qeyd edək ki “Judo Club 2012” bir müddət əvvəl yığma komandanın daha bir üzvü Tokio Olimpiadasının gümüş mükafatçısı, dünya və ikiqat Asiya çempionu Səid Mollayi ilə də müqavilə imzalamışdı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
Bugün, 18:25 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Bugün, 16:39 Gündəm
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
Bugün, 16:21 Gündəm
-
Azərbaycan İdman Akademiyası “UI GreenMetric 2026” reytinqində irəliləyib
25.09.2026, 14:51 Olimpiya dünyası
-
Fərid Qayıbov Fidel İlli və Leonard Lulay arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
25.09.2026, 14:15 Olimpiya dünyası
-
Məşqçilər üçün seminara yekun vurulub
25.09.2026, 11:53 Atletika
-
Şahmat hakimimiz FİDE-nin xüsusi mükafatına layiq görülüb
25.09.2026, 11:38 Şahmat
-
Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib
25.09.2026, 11:10 Olimpizm xəbərləri
-
Çempionlar Liqası: "Birbaşa Bakı" və "Zirə" 1/8 finaldan mübarizəyə başlayır
25.09.2026, 10:52 Futbol
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
25.09.2026, 10:45 Formula 1
-
Sumqayıt şəhər stadionunda rəhbər dəyişikliyi olub
25.09.2026, 10:38 Futbol
-
Azərbaycan şahmatçıları Olimpiadada Ermənistan və Çexiya ilə qarşılaşacaqlar
25.09.2026, 10:14 Şahmat
-
Formula 2: Sprint yarışında zəncirvari qəza
25.09.2026, 10:00 Formula 1
-
Formula 2-də sprint yarışının qalibi mükafatlandırılıb
25.09.2026, 09:55 Formula 1
-
Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu
25.09.2026, 09:41 Formula 1
-
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin ikinci gününə start verilir
25.09.2026, 08:00 Formula 1
-
Azərbaycan boksçusu Avropa çempionu olub
24.09.2026, 22:34 Boks
-
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
24.09.2026, 19:28 Şahmat
-
Çimərlik güləşi üzrə millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
24.09.2026, 17:48 Güləş
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Azərbaycan və Gürcüstan arasında idman sahəsində əməkdaşlıq müzakirə olunub
24.09.2026, 14:00 Olimpiya dünyası
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks