Ölkə birinciliyində 1/16 final mərhələsi başa çatdı

Ölkə birinciliyində 1/16 final mərhələsi başa çatdı

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyində II günün döyüşləri keçirilib. 66 komandanın qatıldığı yarışda 58 qarşılaşma baş tutub.
Görüşlərin yekununa əsasən 1/16 final mərhələsinə yekun vurulub. 2 çəki dərəcəsində isə 1/8 final mərhələsinin döyüşləri təşkil edilib.
Birinciliyin III günündə 55 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 13:00-da başlanacaq.
Qeyd edək ki, yarışın qalibləri noyabrın 27-də bəlli olacaq.