Boksçularımız ili 77 medalla başa vururlar
BOK
29.12.2022, 14:37
Bu il Azərbaycan boksu üçün uğurlu bir il kimi yadda qalacaq. Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 77 medal qazanıblar. Yığmalarımız bu medalları 15 beynəlxalq yarışda əldə ediblər. Onlardan 30-u qızıl, 20-si gümüş və 27-si bürüncdür.
Avropa çempionatlarında 18 medal
Boksçularımız 77 medaldan 18-nə Avropa çempionatı və ya birinciliklərində sahib olub. Milli komandalarımızın üzvləri iştirak etdiyi qitəsəviyyəli yarışlarda qadınların Avropa çempionatı istisna olmaqla, hər birində qızıl mükafat qazanıblar.
Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq), gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq), məktəblilərin Avropa birinciliyində Sübhan Babayev (44 kq), yeniyetmələrin Avropa birinciliyində Məhəmmədəli Qasımzadə (57 kq) və Emili Rzayeva (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələnib.
Komandalarımız göstərdiyi nəticələrə əsasən iki yarışda (U-22 və məktəblilərin Avropa birinciliyi) qitənin dördüncüsü, birində altıncısı (gənclərin Avropa birinciliyi), digərində yeddincisi (yeniyetmələrin Avropa birinciliyi) olub.
İdmançılarımız Avropa birinciliklərində 5 qızıl medalla yanaşı, 5 gümüş və 8 bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız boksçumuz da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Həmçinin Emili Rzayeva (70 kq) yeniyetmələr arasında qitə birinciliyində ilk dəfə himnimizi səsləndirən azərbaycanlı boksçu adına yiyələnib. Qadın boksçularımız isə 3 illik fasilədən sonra Avropa çempionatından ölkəmizə medallarla qayıdıblar.
Olimpiya qızılına doğru
Ayrı-ayrı yığmalarımıza gəlincə, son 11 ayda kişi boksçulardan ibarət komandamız daha çox medal qazanıb. Milli iştirak etdiyi dörd beynəlxalq turnirdə 13 qızıl, 4 gümüş və 12 bürünc mükafata yiyələnib. Federasiyanın “Olimpiya qızılına doğru” başlatdığı devizi nəzərə alsaq, bu kifayət qədər uğurlu nəticədir. 49 boksçu ilə təmsil olunduğumuz turnirlərdə 60,4 faizlik göstərici qeydə alınıb. Deməli, çəki dərəcələrinin dəyişməsinə və azalmasına baxmayaraq, “Paris-2024” Yay Olimpiya Oyunlarına böyük ümidlə baxa bilərik.
U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Məhz bu idmançılar da əsas komanda ilə birlikdə hazırlığını davam etdirirlər.
Qadın boksçularımız isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala yiyələniblər.
Gənc və yeniyetmələrdən ibarət komandalarımızdan uğurlu göstərici
Yeniyetmə idmançılarımızın hesabında 21 medal var. Azərbaycan boksunun sabahı hesab olunan komandamız iştirak etdiyi beş beynəlxalq turnirdən Vətənə uğurla qayıdıb. Onlardan 14-ü oğlanların, 7-si qızların hesabındadır. Avropa birinciliyinə qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 26-ya bərabərdir. Medallardan 10-u qızıl, 10-u gümüş və 6-sı bürüncdür. Bu mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə olunub.
Gənc oğlan boksçularımızın hesabında isə 16 medal var. Həmin mükafatlar 3 yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli bayrağımızın yüksəklərə qalxmasına nail olub.
Azərbaycan çempionatlarında yeni rekord
Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 15 yarışda 161 boksçu ilə təmsil olunub. Boksçularımızdan 59-u Avropa çempionatlarında, 102-si beynəlxalq turnirlərdə qüvvəsini sınayıb. Onlardan da təxminən 48 faizi yarışlarda Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.
Son 11 ayda Azərbaycan çempionatlarına gəlincə, 6 belə yarış təşkil olunub. Gənclər və yeniyetmələrin turniri iki dəfə keçirilib. Gənclərdə ilin əvvəlindəki yarışda 50 komandanın 176 boksçusu rinqə çıxmışdısa, dekabrda bu say kifayət qədər artıb – 56 komanda, 216 idmançı. Yeniyetmələrin birinciliyində öncə 63 komandanın 327 boksçusu gücünü yoxladığı halda, noyabrda 66 komandadan 326 idmançı mübarizə aparıb.
Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan, məktəbli oğlan və qızlar arasında keçirilmiş Azərbaycan birinciliyində isə rekord qeydə alınıb. İlk dəfə qız boksçuların da qatıldığı yarışda 70 komandanın 369 idmançısı rinqə çıxıb. Kişi boksçuların ölkə çempionatı da iştirakçı baxımından son illəri geridə qoyub. Xarici hakimlərin də ədaləti qoruduğu yarışda 38 komandanın 146 boksçusu döyüşüb.
Bu il yeniyetmə və gənc qızlar, həmçinin qadın idmançılar da uzun fasilədən sonra Azərbaycan çempionu titulu uğrunda yarışıblar. 50 boksçunun qatıldığı mübarizədə ölkənin ən güclüləri bəlli olub.
Maddi-texniki baza gücləndirilir
Federasiya 11 ay ərzində da bir sıra yeniliklərə də imza atıb. Veteranlar və çempionlar, məşqçilər və hakimlər komitələri yaradılıb. Boks mütəxəssisləri müxtəlif bölgələrə səfər edərək, orada boksun daha da populyarlaşması və kütləviləşməsi üçün lazımi tövsiyələrini veriblər. Həmçinin müxtəlif regionlarda hakimlər və məşqçilər üçün seminarlar təşkil olunub.
Bunlarla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi də prioritet məsələlərdəndir. Paytaxtda və bölgələrdəki zalların son vəziyyəti ilə tanış olan qurum rəsmiləri orada təminatın gücləndirilməsi üçün xüsusi plan hazırlayıb, mühüm addımlar atılması istiqamətində işlərə başlanılıb.
Sumqayıtda isə Boks Təlim Mərkəzi əsaslı təmir olunub, bu günlərdə bokssevərlərin ixtiyarına veriləcək. Əsas hədəf ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməklə yanaşı, boksun Azərbaycanda daha da kütləviləşməsi və populyarlaşmasıdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
Bugün, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
Bugün, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
Bugün, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
Bugün, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
Bugün, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
07.10.2026, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
07.10.2026, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK