Aktrisa onu bəyənməyənlərin cavabını verdi

Aktrisa onu bəyənməyənlərin cavabını verdi

 “Persi Cekson və Olimpiyaçılar” serialında “Annabet Çeyz” obrazını canlandıran Leah Jeffries izləyicilərin onun xarakterinə dair tənqidlərinə cavab verib. Onu Afinalı qızı canlandıran Aleksandra Daddario ilə müqayisə ediblər. Bu isə aktrisanın xoşuna gəlməyib. “Məni alçaltmaq istəyən insanların Annabetə bənzəmədiyimi, onu Aleksandra Daddario kimi oynaya bilməyəcəyimi deyən insanların fikirlərinə hörmətlə yanaşıram. Amma mənim öz tərzim var. Heç kimi təqlid etməyə çalışmadan obrazımı olduğu kimi tamaşaçıya çatdıracağam” – deyə aktrisa bildirib.