Azərbaycan Kuboku: "Qarabağ" finalda

Azərbaycan Kuboku: "Qarabağ" finalda

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunlarına yekun vurulub. Tofiq Bəhramov adına respublika Stadionunda keçirilən yarımfinalın cavab matçında "Qarabağ" "Neftçi"ni qəbul edib. Oyun Qurban Qurbanovun komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.  Ağdam təmsilçisinin heyətində qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə isə Qara Qarayev avtoqol müəllifi olub. "Neftçi"nin yeganə qolunu isə 64-cü dəqiqədə Reziuan Mirzov vurub. 

İlk matçda rəqibini 4 cavabsız qolla üstələyən "Qarabağ" iki oyunun nəticəsinə görə 8:2 hesdablı qələbə ilə finala vəsiqə əldə edib.

İyunun 2-də keçiirləcək final oyununda "Qarabağ"ın rəqibi "Zirə" klubu olacaq.