Azərbaycan avarçəkəni Nurlan Paşayev ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" beynəlxalq reqatasında gümüş medal qazanıb.
İdmançımız bu uğura Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ikinci günündə 2006-2007-ci illər təvəllüdlü idmançıların yarışında nail olub.
Təmsilçimiz akademik avarçəkmə növündə 1500 metr məsafəyə yarışda ikinci yerə sahib çıxıb.
Bununla da Azərbaycan komandasının “Prezident Kuboku-2024” beynəlxalq reqatasinda qazandığı medalların sayı 3-ə çatıb.
Xatırladaq ki, daha əvvəl təmsilçilərimizdən Əlimuradov Hacızadə qızıl, Amil Ramazanov isə bürünc medal qazanmışdı.