Dördqat Olimpiya mükafatçımıza ağır itki üz verib

Dördqat Olimpiya mükafatçımıza ağır itki üz verib

Qadın güləşi üzrə milli komandamızın üzvü, 4 qat Olimpiya mükafatçısı, 2 qat dünya və 10 qat Avropa çempionu Mariya Stadnikə ağır itki üz verib. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə titullu güləşçimizin atası Vasili Stadnik vəfat edib. O, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Allah rəhmət eləsin!