Azərbaycan Cüdo Federasıyasının (ACF) təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində müxtəlif regionlardan olan 15 yaşa qədər region cüdoçuları üçün təlim-məşq toplanışı keçirilib.
ACF-in mətbuat xidmətindən verilən məlumata görə, 100-ə yaxın potensiallı region cüdoçusunun iştirak etdiyi təlim-məşq toplanışı mayın 5-dən 15-dək davam edib.
Təlim-məşq zamanı ACF-in regionlarla iş üzrə məsul şəxsləri Musa İsmayılov və Ruslan Yunusovun rəhbərliyi ilə yeniyetmə cüdoçuların peşəkarlığının və onların hazırlıq səviyyəsinin artırılması istiqamətində müvafiq məşq proqramı tətbiq edilib.
Təlim-məşq toplanışının keçirilməsi müvafiq yaş qrupu üzrə 31 may – 3 iyunda keçiriləcək cüdo üzrə ölkə birinciliyinə hazırlıq və region cüdoçularının rəqabət qabiliyyətlərinin artırılması məqsədini daşıyıb.