“Park Bulvar”da Beynəlxalq “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib
BOK
05.06.2024, 18:40
İyunun 5-də “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.
Milli Olimpiya Komitəsinin Atletlər Komissiyası ilə birlikdə təşkil edilən tədbirdə əvvəlcə komissiyanın üzvləri - Rüstəm Orucov (Rio-2016 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının ikiqat gümüş medalçısı), Fəridə Əzizova (V İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarının qalibi, dünya çempionatının ikiqat bürünc mükafatçısı), Zöhrə Ağamirova (bədii gimnastika üzrə Avropa çempionatının bürünc mükafatçısı, V Islam Həmrəyliyi Oyunlarının dördqat qızıl medalçısı), Fatimə Alkərəmova (Rio-2016 Yay Olimpia Oyunlarının üzgüçülük üzrə ən gənc iştirakçısı, bir çox beynəlxalq yarışların qalibi və rekordçusu, Azərbaycan çempionu) iştirakçılara təqdim edilib.
Sonra Atletlər Komissiyasının üzvü Fəridə Əzizova çıxış edərək, Komissiyanın fəaliyyəti barədə məlumat verib.
O, Atletlər Komissiyasının əsas məqsəd və vəzifələri barədə danışaraq bu qurumun Avropa Atletlər Komissiyası və Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynadığını bildirib.
Fəridə Əzizova 2021-ci ilin noyabr ayında "Qəhrəman varisləri" adlı layihənin təşkil olunduğunu bildirib. O, bu layihə çərçivəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin və qazilərimizin övladlarının idmana cəlb olunduğunu deyib.
Sonra çıxış edən Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov Azərbaycanın müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulduğunu, həmçinin 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nün qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişaf mərhələsinin başladığını deyən Olimpiya mükafatçımız bu illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında ümumilikdə 8 qızıl, 15 gümüş və 29 bürünc medal qazandığını vurğulayıb.
Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar monitor vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.
Proqrama uyğun olaraq gimnastika, cüdo, güləş, taekvondo üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start verilib. Festivalda iştirak edən məktəblilər iplətullanma, pazl yığılması, kəndirlə mübarizə yarışlarında, maraqlı və əyləncəli viktorinada iştirak ediblər.
Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşib.
İplətullanma yarışında 49, 60 və 56 saylı məktəbin komandası qaliblər sırasında yer alıb.
7, 56 və 49 saylı və Elitar Gimnaziyanın komandası pazl yarışlarında fərqlənib.
Kəndirlə mübarizədə 18, 49, 190 saylı məktəbin və Elitar Gimnaziyanın şagirdləri fəxri kürsüdə yer alıblar.
56 saylı məktəb ve Elitar Gimnaziyanın təmsilçiləri isə viktorinanın qalibi olub.
Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftaxetdinova, həmçinin Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov çıxış edib.
Çıxışlar zamanı qeyd olunub ki, bu cür layihələr yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmasında, onların idman vasitəsi ilə sağlam həyat tərzi keçirməsində əhəmiyyətli rol oynayır.
“Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalının iştirakçılarına gələcəkdə uğurlar arzulayan Olimpiya çempionları bu tədbirin onların yaddaşında daim qalacağına inandıqlarını bildiriblər.
Sonra yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
İlk üç yeri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Qaliblərə mükafatları MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya çempionları və Atletlər Komissiyasının üzvləri təqdim edib.
Festivalın sonunda xatirə şəkili çəkdirilib.
Məlumat üçün bildirək ki, tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
Bugün, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
Bugün, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
Bugün, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
Bugün, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
Bugün, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma