Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezident vəzifəsinə namizədlərin siyahısının açıqlanacağı gün müəyyənləşib.
Quruma rəhbərlik etmək üçün son müraciət tarixi sentyabrın 15-dir.
BOK yekun namizəd siyahısını sentyabrın 16-da açıqlayacaq. Qurumun yeni rəhbəri 2025-ci il martın 21-də Afinada keçiriləcək konqressdə bəlli olacaq. Hələlik Beynəlxalq Atletika Federasiyasının prezidenti Sebastyan Kou namizədliyini irəli sürüb.
Qeyd edək ki, BOK-un hazırki prezidenti Tomas Bax bir neçə gün əvvəl yenidən namizəd olmayacağını açıqlayıb. O, 2013-cu ildən quruma başçılıq edir.