UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib. Azərbaycan çempionu "Qarabağ" qrup mərhələsinin bir addımlığında Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşıb. Komandamız ilk oyununu səfərdə keçirib. "Maksimir" stadionunda keçirilən oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda təşkil olunacaq.