Bakı Şəhər Halqası Əməliyyat Şirkəti media nümayəndələrinin akkreditasiyası ilə bağlı seminar keçirib
Olimpizm xəbərləri
03.09.2024, 14:46
Sentyabrın 3-də Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün mediada yüksək səviyyədə işıqlandırılmasını təmin etmək məqsədilə yerli KİV nümayəndələri üçün akkreditasiya ilə bağlı seminar təşkil edib. Seminar zamanı jurnalist və fotoqraflara akkreditasiya prosesi, media mərkəzinin fəaliyyəti və onların yarış zamanı əməl etməli olduqları qaydalar barədə geniş məlumat verilib.
Tədbirdə media nümayəndələrinə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 barədə ümumi məlumat, yarış təqvimi, komandaların heyətləri və bu möhtəşəm tədbirin əsas məqamları təqdim edilib.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənən akkreditasiya prosesi media nümayəndələrinin işinin beynəlxalq standartlara uyğun təşkil edilməsinə yönəlib və yarış zamanı onların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb. Hər il olduğu kimi bu il də akkreditasiyaya qeydiyyat prosesi elektron portal üzərindən həyata keçirilib.
Seminarda həmçinin, media nümayəndələrinin yarış boyu iş qrafiki, media mərkəzindəki qaydalar və onlara təqdim olunan texniki imkanlar ətraflı şəkildə müzakirə edilib.
Qeyd edək ki, ötən ilki Azərbaycan Qran Prisini 250-dən çox yerli və beynəlxalq media nümayəndəsi işıqlandırıb.
Xatırladaq ki, paytaxt Bakı səkkizinci dəfə sürət yarışına ev sahibliyi edəcək. Bu il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 13-15-də təşkil olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi yekunlaşdı
Bugün, 15:09 Olimpiya dünyası
-
Misli Premyer Liqasında sonuncu tura start verilir
21.05.2026, 10:06 Futbol
-
Azərbaycan stolüstü tennisçisi rəsmən Dünya rekordçusudur
20.05.2026, 20:22 Gündəm
-
ATF-nin iki nümayəndəsinə Avropa Taekvondo Birliyində vəzifə verilib
20.05.2026, 16:17 Taekvondo
-
Şahmatçılarımız Avropa çempionatında iştirak edəcəklər
20.05.2026, 14:13 Şahmat
-
Stolüstü tennisçilər Tacikistana yollanıblar
20.05.2026, 12:22 Tennis
-
Elgün Əlizadə məşqçilik kursunu uğurla başa vurub
20.05.2026, 11:54 Velosiped
-
“Zirvəyə doğru – Qazax 2026”
20.05.2026, 11:22 Olimpiya dünyası
-
Bu gün Avropa Liqasının qalibi müəyyənləşəcək
20.05.2026, 10:06 Futbol
-
"Judo Club 2012" 9 medalla birinci oldu
20.05.2026, 09:41 Cüdo
-
"Arsenal" 22 il sonra Premyer Liqa çempionu oldu
20.05.2026, 01:22 Futbol
-
Samokovda növbəti Avropa çempionatı başlayır
19.05.2026, 23:15 Güləş
-
Cüdo üzrə Liqa yarışının II turu keçirilib
19.05.2026, 20:36 Cüdo
-
U-14 yeniyetmə cüdoçular arasında Liqa yarışının III turu keçiriləcək
19.05.2026, 16:37 Cüdo
-
“Şəhərsalmada İdman Akademiyası” çərçivəsində idman qurğularının rolu
19.05.2026, 16:15 Olimpiya dünyası
-
İki sərbəst güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb
19.05.2026, 15:44 Güləş
-
Çingiz Hüseynzadə: “İdmanın gözəlliyi onun ədalətindədir”
19.05.2026, 15:22 Müsahibə
-
AMADA əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər
19.05.2026, 15:15 AMADA
-
Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb
19.05.2026, 14:27 Tennis
-
“Olimpiya dünyası” qəzeti “25 illik yubileyi və Ədalətli Oyunlar Hərəkatının təbliğindəki fəaliyyətinə görə” mükafatlandırıldı
19.05.2026, 13:32 Gündəm
-
Ədalətli oyun sahəsində fərqlənənlər MOK-da mükafatlandırıldı
19.05.2026, 13:11 Olimpiya dünyası
-
"Sabah" basketbol klubu Lazar Spasiç ilə 3 illik müqavilə imzalayıb
19.05.2026, 13:04 Basketbol
-
Stolüstü tennisçilərimiz Özbəkistanda növbəti beynəlxalq yarışda iştirak edirlər
19.05.2026, 10:20 Tennis
-
“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanıb
18.05.2026, 20:32 Futbol
-
“Beşiktaş” baş məşqçisi ilə yollarını ayırdı
18.05.2026, 19:10 Futbol
-
Region Liqasının qalibi müəyyənləşdi
18.05.2026, 18:30 Futbol
-
AFFA beynəlxalq forumda interaktiv futbol zonası qurdu
18.05.2026, 18:18 Gündəm
-
Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb
18.05.2026, 17:42 Olimpiya dünyası
-
Türkdilli ölkələrin çempionatında medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb
18.05.2026, 16:53 Şahmat
-
Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
18.05.2026, 16:25 Olimpiya dünyası
-
WUF13 ərəfəsində qadın və qız idmançılar üçün inklüziv antidopinq yanaşmalarına həsr olunmuş beynəlxalq konfrans
18.05.2026, 16:02 AMADA
-
MOK-un Ədalətli Oyunlar Komissiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi keçiriləcək
18.05.2026, 11:55 Olimpiya dünyası
-
FIG-dən Rusiya və Belarus idmançılarına yaşıl işıq
18.05.2026, 10:53 Olimpizm
-
Cüdoçularımız Rusiyadan 2 medalla qayıdıblar
18.05.2026, 10:30 Cüdo