Çingiz Hüseynzadə: “Azərbaycan Milli Olimpiya Komitəsi yeni fəaliyyət dövrünə başlayır”
Olimpizm xəbərləri
18.02.2025, 16:27
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) IX hesabat-seçki Baş Məclisi keçirildi. Baş Məclisdə Milli Olimpiya Komitəsinin prezidenti, eyni zamanda MOK-un və İcraiyyə Komitəsinin yeni üzvləri seçildi.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclasından sonra jurnalistlərə müsahibə verib.
“Baş Məclisdə cənab İlham Əliyev yekdilliklə yenidən MOK-un prezidenti seçildi. Tədbirdə həmçinin MOK-un hesabat məruzəsi dinlənildi. Azərbaycan Milli Olimpiya Komitəsi yeni fəaliyyət dövrünə başlayır. Əminik ki, Milli Olimpiya Komitəsi cənab Prezidentin rəhbərliyi altında öz fəaliyyətini davam etdirəcək və Azərbaycan idmanı yeni uğurlar əldə edəcək. Bu gün həmçinin MOK-un İcraiyyə Komitəsində seçkilər oldu, Baş katib və vitse-prezidentlər seçildi. İclasda 2024-2028-ci illər üçün Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqələrimizin planını təsdiq etdik. Eyni zamanda “Təhlükəsiz İdman” proqramını Azərbaycanda inkişaf etdirmək üçün yeni plan təsdiqləndi. Gələcəkdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Biz ilk növbədə Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri ilə əlaqəli şəkildə işləməyə çalışırıq. Bizim bu istiqamətdə apardığımız fəaliyyət Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq nüfuzuna müsbət təsir edir”, - deyə Çingiz Hüseynzadə bildirib.
O, deyib ki, iclasda MOK-un növbəti 4 il müddətinə planları müəyyənləşdirilib: “Təbii ki, əsas hədəfimiz Olimpiya Oyunları, Azərbaycanda Olimpiya Hərəkatının inkişaf etdirilməsidir. Ona görə də əsas vəzifəmiz 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasına hazırlıqdan ibarətdir. İnanırıq ki, bu oyunlar bizim üçün daha uğurlu olacaq. Çalışacağıq ki, böyük komanda şəklində dördilliyin ən mötəbər turnirində iştirak edək. Təbii ki, bu, federasiyalarla birgə fəaliyyət nəticəsində reallaşa bilər. Ümid edirəm ki, MOK və milli federasiyalar sıx əməkdaşlıq şəraitində işləyəcəklər, Azərbaycan idmanında yeni uğurların əldə edilməsinə nail olacaqlar. İnanıram ki, bundan sonra da Milli Olimpiya Komitəsi fəaliyyətini yüksək səviyyədə davam etdirəcək və Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İham Əliyevin rəhbərliyi altında idmanda yeni uğurlar qazanacağıq”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Velosipedçimiz Almatıda dördüncü oldu
08.09.2026, 12:30 Velosiped
-
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
08.09.2026, 12:22 AMADA
-
Formula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
08.09.2026, 11:47 Formula 1
-
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
08.09.2026, 10:49 Olimpizm xəbərləri
-
Çempionlar Liqasında Liqa mərhələsinə start verilir
08.09.2026, 10:10 Futbol
-
Badmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
07.09.2026, 20:13 Olimpiya dünyası
-
Pəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
07.09.2026, 16:05 Güləş
-
Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
07.09.2026, 15:53 Su idman növləri
-
Fərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
07.09.2026, 15:42 Olimpiya dünyası
-
Nicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
07.09.2026, 15:28 Müsahibə
-
Cüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
07.09.2026, 15:02 Cüdo
-
Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
07.09.2026, 14:55 Cüdo
-
Millimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
07.09.2026, 14:39 Güləş
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
07.09.2026, 14:20 Cüdo
-
Kamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
07.09.2026, 13:16 Olimpiya dünyası
-
Azərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
07.09.2026, 12:01 Su idman növləri
-
Fiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
07.09.2026, 10:02 Olimpiya dünyası
-
Azərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
07.09.2026, 01:12 Olimpiya dünyası
-
Cüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
07.09.2026, 00:28 Cüdo
-
İsveçrədə uğurlu nəticə
07.09.2026, 00:03 Taekvondo
-
Paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi etdi
06.09.2026, 12:14 Olimpiya dünyası
-
Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
03.09.2026, 20:30 Su idman növləri
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub
03.09.2026, 13:09 Su idman növləri
-
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib
03.09.2026, 12:22 Olimpiya dünyası
-
Faiq Qarayevə Türkiyə Voleybol Federasiyası tərəfindən mükafat verilib
02.09.2026, 22:10 Voleybol
-
Nazir ötən ay beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
02.09.2026, 22:05 Olimpiya dünyası
-
Azərbaycanın çimərlik futbolu millisi dünya reytinqində irəliləyib
02.09.2026, 15:25 Futbol
-
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
02.09.2026, 14:16 Olimpiya dünyası
-
Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirilib
02.09.2026, 13:29 Atletika
-
Ağırlıqqaldıranımız antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
02.09.2026, 12:46 AMADA
-
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
02.09.2026, 10:10 Su idman növləri
-
Millimizin üzvü karyerasını başa vurdu
01.09.2026, 23:50 Voleybol
-
Millimiz Avropa çempionatında mübarizəni dayandırdı
01.09.2026, 23:30 Voleybol
-
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
01.09.2026, 16:10 Ağırlıqqaldırma