Azərbaycan beynəlxalq antidopinq tədbirində uğurla iştirak edib
BOK
18.03.2025, 16:00
Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik beynəlxalq vorkşopu İsveçrənin Lozanna şəhərində yüksək səviyyədə keçirilib.
Azərbaycan Milli Antidopinq Agentliyindən verilən məlumata görə, tədbirdə antidopinq sahəsində ən yeni innovasiyalar, qabaqcıl təcrübələr və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Dünyanın müxtəlif ölkələrindən antidopinq ekspertləri, mütəxəssislər və tədqiqatçılar təmiz idmanın təşviqi və ədalətli rəqabət mühitinin qorunması üçün görüşərək gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.
Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyini (AMADA) icraçı direktor Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
AMADA-nın aparıcı əməkdaşı Qüdrət Səfərov tədbirin əsas sessiyalarından biri olan "Antidopinq təhsilində və idmançıların fəaliyyətində süni intellektin tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Q.Səfərov antidopinq təhsilində generativ süni intellekt texnologiyalarının əhəmiyyətindən danışıb. O, təhsil materiallarının hazırlanması, interaktiv söhbət botları və data analitikasının tətbiqi ilə idmançıların effektiv maarifləndirilməsi istiqamətində AMADA-nın təcrübələrini bölüşüb.
Eyni paneldə Q.Səfərov ilə yanaşı, Norveç İdman Elmləri Məktəbi və KU Leuven Universitetinin doktorantı Niko Topias Vuorinen, həmçinin Köln İdman Universiteti Biokimya İnstitutunun Köln Atlet Pasportu İdarəetmə Bölməsinin direktoru Tomas Piper də fikir mübadiləri aparıblar. Vuorinen süni intellekt texnologiyalarının antidopinq sahəsində tətbiqi ilə bağlı fəlsəfi və etik perspektivləri təqdim edib, süni intellektdən istifadə zamanı yarana biləcək etik çətinliklərə diqqət çəkib. T.Piper isə Atletlərin Bioloji Pasport məlumatlarının analizində maşın öyrənməsi alqoritmlərinin tətbiqi ilə dopinq halları aşkarlama imkanları barədə danışıb.
Vorkşop müddətində Ümümdünya Antidopinq Məcəlləsinin yenilənməsi, yarış müddətində həyata keçirilən test prosedurları və antidopinq təşkilatlarında idmançıların iştirakının artırılması məsələləri də geniş müzakirə edilib. Sonda antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin Avropada və dünyada təmiz idmanın təşviqi üçün strateji addımlar müəyyənləşdirilib.
Tədbir iNADO-nun baş icraçı direktoru Peter Van de Vlietin yekun nitqi ilə başa çatıb. Van de Vliet antidopinq sahəsində beynəlxalq əməkdaşlığın və innovativ yanaşmaların əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, antidopinq təşkilatları arasında davamlı dialoq, yeni problemlərə çevik və effektiv cavab verə bilmələri üçün zəruridir. O, iştirakçılara fəal iştiraklarına görə təşəkkürünü bildirib və iNADO-nun qlobal səviyyədə idmanın şəffaflığının və dürüstlüyünün qorunmasına olan davamlı sadiqliyini vurğulayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
Bugün, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
Bugün, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
Bugün, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
Bugün, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
Bugün, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol
-
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəlib
07.10.2026, 10:34 Boks
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
07.10.2026, 10:00 Cüdo
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK