Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı

Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı 

Cüdo

Bugün, 15:36

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Olimpnews.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda rusiyalı Ayub Bliyevi mübarizədən kənarlaşdırıb.

O, yarımfinalda çinli Yunq Vey Yanqla qarşılaşacaq.

Ə. Yusifov daha əvvə 1/8 finalda hindistanlı Harş Sinhi, 1/16 finalda isə monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub etmişdi.

Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR