Azərbaycan Karate Federasiyasının (AKF) Hakimlər Komitəsinin sədri Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.
Bu barədə Olimpnew.az-a Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən xəbər verilib.
Qeyd edək ki, bu komitədə cəmi 7 üzv təmsil olunur ki, onlardan biri də Azərbaycan təmsilçisi Cahangir Babayevdir.