Paris-2024 Yay Olimpiya Oyunlarının çəkicatma üzrə kanadalı çempionu Kamrin Rocers dünya çempionu tituluna yiyələnib. Yaponiyanın paytaxtı Tokioda keçirilən atletika üzrə dünya çempionatında qadınlar arasında çəkicatma yarışında o bütün rəqiblərini qabaqlayıb. Gümüş medalı çinli Zhao Jie (77.60 m) qazanıb. Digər çinli idmançı Zhang Jialie isə bürünc mükafatla kifayətlənib.
Atletika üzrə dünya çempionatı - 2025
Çəkicatma (qadınlar)
Nəticələr:
1. Kamrin Rocers (Kanada) - 80,51 m.
2. Zhao Jie (Çin) - 77,60.
3. Zhang Jialie (Çin) - 77,10.
Məlumat üçün bildirək ki, atletika üzrə dünya çempionatı sentyabrın 13-dən 21-dək keçiriləcək.
Çinlilər kanadalı rəqibləri ilə bacarmadılar
