Boksçumuz İslamiadanın bürünc medalını təmin edib

Boksçumuz İslamiadanın bürünc medalını təmin edib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışları davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün boksçumuz Səidcəmşid Cəfərov 80 kq çəki dərəcəsində 1/4 final görüşünə çıxıb. Təmsilçimiz yarımfinala vəsiqə uğrunda görüşdə əlcəzairli Mustafa Abdu ilə qarşılaşıb. Görüşdə 5:0 hesablı qələbə qazanan idmançımız yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.