İslamiada: Daha bir boksçumuz yarımfinalda

İslamiada: Daha bir boksçumuz yarımfinalda

Azərbaycanın daha bir boksçusu VI İslam Həmrəyliyi Oyunlarında 1/4 final görüşünə çıxıb.

Olimpnews.az xəbər verir ki, bu gün mübarizə aparan Sərxan Əliyev 70 kq çəki dərəcəsində özbəkistanlı Samandar Xabibullayevlə qarşılaşıb. Təmsilçimiz rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bununla ən azı bürünc medalı təmin edib.

Xatırladaq ki, daha əvvəl Məhəmmədəli Qasımzadə (60 kq) və Səidcəmşid Cəfərov (80 kq) də adını yarımfinala yazdırmışdı.