Daha bir boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazandı 

Daha bir boksçumuz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazandı 

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq boks turniri davam edir.

Olimpnews.az xəbər verir ki, turnirində iştirak edən daha bir Azərbaycan boksçusu 1/4 finala vəsiqə qazanıb. 

Millimizin üzvü Malik Həsənov ilk qarşılaşmada gürcüstanlı Laşa Qaqnidzeyə 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Yertuqan Zeynulinovla (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, daha öncə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq) və Məhəmmədəli Aşırəliyev (60 kq) də 1/4 finala yüksəlib.