Stolüstü tennis millimiz bürünc medalı təmin etdi

Stolüstü tennis millimiz bürünc medalı təmin etdi

Qadınlardan ibarət stolüstü tennis millimiz Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti oyununu keçirib.

Olimpnews.az xəbər verir ki, millimiz 1/4 finalda Maldiv adaları komandası ilə qarşılaşıb. Oyunda 8:3 hesablı qələbə qazanan millimiz yarımfinala vəsiqə əldə edib. Stolüstü tennisçilərimiz bununla da ən azı bürünc medalı təmin edib. Komandamız sabah finala vəsiqə uğrunda görüşdə Misir kollektivi ilə üz-üzə gələcək.