Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışında növbəti medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, komandamızın üzvü İsa Rüstəmov 71 kq çəki dərəcəsində üçüncü yeri tutub. Təmsilçimiz birdən qaldırmada 147 kq ağırlığı ram edib.


